​Sumqayıtda kərpic zavodunda fəhlə yıxılaraq ölüb

​Sumqayıtda kərpic zavodunda fəhlə yıxılaraq
10:53 23.09.2022
258 Hadisə
A- A+

Sumqayıtda fəhlə hündürlükdən yıxılaraq ölüb

Sumqayıt şəhər Prokurorluğundan  verilən xəbərə görə, sentyabrın 22-i saat 08 radələrində 1993-cü il təvəllüdlü Güloğlan Allahverdiyevin xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Güloğlan Allahverdiyev sentyabrın 16-da, fəhlə kimi işlədiyi Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “İdeal Kərpic Zavodu” MMC-yə məxsus zavodun tikintisi zamanı 5 metr hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə istintaq hərəkətləri davam etdirilir.