​Bakı-Batumi reysi ilə hərəkət edən təyyarə Tbilisidə məcburi eniş edib

​Bakı-Batumi reysi ilə hərəkət edən təyyarə Tbilisidə
10:57 23.09.2022
251 Ölkə
A- A+

"Buta Airways" aviaşirkətinin Bakı-Batumi J2-9227 reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

"Buta Airways"dan verilən məlumata görə, buna səbəb Batumi hava limanı ətrafında pis hava şəraitinin olmasıdır.

"Embraer 190" təyyarəsi saat 09:40-da Tbilisi hava limanında eniş edib.