​Bakıda 90 yaşlı qadına işgəncə verilir: DİN hərəkətə keçdi - VİDEO

​Bakıda 90 yaşlı qadına işgəncə verilir: DİN hərəkətə keçdi -
12:03 23.09.2022
391 Hadisə
A- A+

90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.

Sulh.info.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. 

Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılan görüntülərlə bağlı araşdırmalara başlanılıb. Araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.