​"Ukrayna Rusiya üçün vacib olan ərazilərə təzyiq göstərir" - Britaniya kəşfiyyatı

​
14:30 23.09.2022
288 Siyasət
A- A+

"Ukrayna döyüşlərin gedişatı üçün Rusiyanın vacib hesab etdiyi ərazilərə təzyiq göstərir".

Bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsasən bildirib.

Qeyd olunub ki, döyüş meydanında durum gərgin olaraq qalır: "Son üç gündə Ukrayna qüvvələri Xarkov vilayətindəki Oskil çayının şərq sahilini mühafizə edir. Ukrayna ordusunun cənubda isə Donetsk vilayətində - Rusiyanın may ayında ələ keçirdiyi Siverskiy-Donetsk istiqamətində əks-hücumları davam edir".