Bazar günü İtaliyada keçiriləcək seçkilərdə Forza İtaliya partiyasının lideri olaraq seçkilərə girəcək Silvio Berluskoni Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı fikirlər səsləndirib.
Sulh.info.az xəbər verir ki, Berluskoni Rusiya prezidenti Vladimir Putinin Ukraynanı işğal etməyə “sövq edildiyini” deyib:
“Putini Rusiya cəmiyyəti, öz partiyası, öz nazirləri “xüsusi əməliyyat” keçirməyə məcbur etdilər. Qoşunlar bir həftə ərzində Kiyevə gəlməli, Zelenski hökumətini “yaxşı insanlar”dan ibarət hökumət ilə əvəz etməli və bir həftə sonra geri qayıtmalı idi. Əvəzində isə onlar Ukraynada Qərbdən hər cür silah dəstəyi olan gözlənilməz müqavimətlə üzləşdilər”.
Mənbə: Reuters