​Anasına işgəncə verən oğul polisə çağrıldı - RƏSMİ

​Anasına işgəncə verən oğul polisə çağrıldı
15:28 23.09.2022
355 Hadisə
A- A+

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 90 yaşlı qadının oğlu və gəlini tərəfindən şiddətə məruz qalması ilə bağlı məlumat yayıb.

Qurumdan  bildirilib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb:

"Ünvan müəyyən olunub. Qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub. Məlum olub ki, videoda əksini tapan görüntülər 7 ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır".

Rəsmi məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.