​Yarasalarda daha bir virus TAPILDI: İnsana yoluxur

​Yarasalarda daha bir virus TAPILDI:
15:44 23.09.2022
A- A+

Yarasalarda yeni Covid-19-a bənzər virus aşkar edilib.

Sulh.info.az xəbər verir ki, təcili məlumatlandırılan ÜST mövzu ilə bağlı araşdırmalara başlayıb. ABŞ-ın Vaşinqton Dövlət Universitetindən Dr. Michael Letko virusla bağlı bildirib:

"Araşdırmalarımız göstərir ki, sarbekoviruslar Asiyadan kənarda vəhşi təbiətdə, hətta Rusiyanın qərbi kimi Xosta-2 virusunun aşkar olunduğu yerlərdə də dövr edir. Qlobal sağlamlıq və peyvənd kampaniyaları üçün təhlükə yaradır. Virusun dəqiq mənşəyi hələ bəlli deyil, ancaq hazırda ÜST-də bir qrup tərəfindən araşdırılır. Xosta-2 ilk dəfə iki il əvvəl yarasada tapılıb. Səhiyyə işçiləri, Covid kimi heyvandan insana keçərsə, insan hüceyrələrinə yoluxa biləcəyini aşkar ediblər”.

Tədqiqatçılar geniş spektrli virusları əhatə edən vaksinlərin hazırlanmasının vacib olduğunu vurğulayıblar:

“Təəssüf ki, indiki vaksinlərimizin əksəriyyəti insan hüceyrələrinə yoluxduğunu bildiyimiz və ya bizi yoluxdurmaq üçün ən böyük risk kimi görünən xüsusi viruslar üçün nəzərdə tutulub. Ancaq bu, daim dəyişən bir siyahıdır. Bütün sarbekoviruslardan qorunmaq üçün bu vaksinlərin dizaynını genişləndirməliyik”.

Mənbə: Yahoo News