​Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı son vəziyyəti müzakirə edib

​Ceyhun Bayramov iranlı həmkarı ilə regiondakı son vəziyyəti
15:52 23.09.2022
329 Siyasət
A- A+

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla Nyu-Yorkda görüşüb.

Bu barədə Ceyhun Bayramov "Twitter"də bildirib.

"Biz ikitərəfli əlaqələrdə və regionda son vəziyyəti müzakirə etdik. Mən həmkarıma Ermənistanın son təxribatları barədə məlumat verdim", - XİN başçısı bildirib.