​"İrandakı iğtişaşlar ABŞ-ın əli ilə baş tutub" - Hatəmi

​
16:33 23.09.2022
325 Siyasət
A- A+

"İranda baş verən nümayişlər ABŞ-dan ilhamlanır. Onlar çalışırlar ki, insanların diqqətini ölkənin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmasından yayındırsınlar".

Sulh.info.az xəbər verir ki, bu sözləri Tehran cümə namazı xətibi Ayətullah Seyid Əhməd Hatəmi bildirib.

"Düşmənlər bizim ŞƏT-ə üzv olmaqda əldə etdiyimiz uğurları son iğtişaşlarla kölgədə qoymaq istəyirdilər. ABŞ-ın prezidenti bu iğtişaşlara rəhbərlik edir və onları BMT tribunasından nümayişlərə çağırır. Onların ürəkləri öldürülən (Məhsa Əmini nəzərdə tutulur - red) qadına görə ağrımır. Bu sadəcə bir bəhanədir. Onlar sistemə meydan oxumaq arzusu ilə lənətləniblər" - deyə Hatəmi deyib.

O, eyni zamanda İranda nümayişlərə şərait yaradıb dəstək verənlərin sosial şəbəkələrdə vaxtını keçirən yetişməmiş gənclərdən öz məqsədləri üçün istifadə etdiklərini və onları aksiyalara ruhlandırdıqlarını vurğulayıb.

Qeyd edək ki, İranın Kürdüstan ostanından yaxınlarını ziyarət etmək üçün paytaxt Tehrana gələn Məhsa Əmini adlı gənc qadın (ikinci adı Jina) "hicaba düzgün əməl etmədiyinə görə" əxlaq polisi tərəfindən saxlanılıb, döyülərək vəhşicəsinə öldürülüb. Bu səbəbdən ölkədə etirazlar səngimir və hazırda onlarla ostan və şəhərdə nümayişlər keçirilir.

Mənbə: IRNA