​Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi bəlli oldu

​Bakıda baş verən dəhşətli qəzada ölən şəxslərin kimliyi
16:52 23.09.2022
449 Hadisə
A- A+

Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.

Ölənlərdən biri Dövlət Gömrük Akademiyasının işçisi, biri isə tələbəsidir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə zamanı akademiyanın işçisi, 1975-ci il təvəllüdlü Rəsulova Sevgi Arzu qızı və oranın II kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu vəfat ediblər:

“Hər iki şəxs avtobusdan düşərək, yolu keçmək üçün qaçıblar. Nəticədə 99-XA-495 dövlət nömrə nişanlı “KamAZ” markalı yük avtomobili onları vurub”.

Qeyd edək ki, sürücü Eyvazov Firdovsi Əliş oğlu saxlanılıb.