​"Erməni lobbisi ABŞ-ın Türkiyəyə F-16 satmağına qarşı çıxır" - Çavuşoğlu

​
17:19 23.09.2022
288 Siyasət
A- A+

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu yunan və erməni lobbilərinin ABŞ-ın Türkiyəyə F-16-ları satmağına qarşı çıxdığını bildirib.

Sulh.info.az xəbər verir ki, bu barədə, o, Nyu-Yorkda türkiyəli jurnalistlərə açıqlamasında deyib.

Çavuşoğlu əlavə edib ki, buna baxmayaraq, F-16-ların satışını dəstəkləyən lobbilər də var. Nazir hazırda bu istiqamətdə danışıqların davam etdiyini vurğulayaraq, bunun üçün Türkiyənin nümayəndə heyətinin Nyu-Yorkdan Vaşinqtona yola düşdüyünü qeyd edib.