​Tovuzda 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üstünə ağac aşıb, hər ikisi ölüb

​Tovuzda 3 yaşlı uşağın və 17 yaşlı oğlanın üstünə ağac aşıb,
17:50 23.09.2022
308 Hadisə
A- A+

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Güclü külək ağacı yol kənarında dayanan 2005-ci il təvəllüdlü Allahverdiyev Telman Elman oğlunun və 2019-cu il təvəllüdlü Zeynallı Fərid Mayıs oğlunun üzərinə aşırıb.

Onlar hadisə yerində ölüb.