​Finlandiya rusiyalı turistlərin ölkəyə girişini qadağan edəcək

​Finlandiya rusiyalı turistlərin ölkəyə girişini
21:30 23.09.2022
306 Dünya
A- A+

Finlandiya hökuməti yaxın günlərdə Rusiya Federasiyası vətəndaşlarının istənilən Şengen vizası ilə turizm məqsədilə ölkəyə daxil olmasını qadağan edəcək.

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Pekka Haavisto bildirib.

O əlavə edib ki, Rusiya vətəndaşlarının Finlandiyaya işləmək, təhsil almaq və qohumlarına baş çəkmək üçün girişinə icazə veriləcək.

Finlandiya XİN-dən bildirilib ki, hərbi xidmətdən imtina əcnəbinin sığınacaq üçün müraciət etməsi üçün əsas deyil.