​Millətlər Liqası: Gürcüstan millisi pley-offda

​Millətlər Liqası: Gürcüstan millisi
23:45 23.09.2022
347 Siyasət
A- A+

Futbol üzrə Gürcüstan yığması UEFA Millətlər Liqasında növbəti qələbəsini qazanıb.

SÜLH.İNFO.az xəbər verir ki, Gürcüstan millisi sentyabrın 23-də Şimali Makedoniya ilə qarşılaşıb.

Tbilisidə yerləşən Boris Payçadze adına "Dinamo Arena"da keçirilən oyun Gürcüstan millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Makedoniyalılar üzərində qələbə nəticəsində Gürcüstan yığması qrup mərhələsini birinci yerdə başa vuraraq pley-offa yüksəlib.

Yığma komandanın növbəti görüşü səfərdə Cəbəllütariq seçməsi ilə olacaq.