Tanınmış aktrisa Luiza Fletçer 88 yaşında vəfat edib.
Sulh.info.az bildirir ki, ABŞ aktrisası Fransadakı evində, yuxudaykən dünyasını dəyişib.
Luiza Fletçer "Ququ quşu yuvası üzərindən uçuş" filmində canlandırdığı tibb bacısı roluna görə "Oskar" mükafatı qazanıb. Bundan başqa o, BAFTA və "Qızıl qlobus" mükafatlarının da sahibidir.