​Ağdaşda körpə bitki toxumunu yeyərək zəhərlənib

​Ağdaşda körpə bitki toxumunu yeyərək zəhərlənib
14:30 24.09.2022
283 Hadisə
A- A+

Ağdaş rayonunda körpə bitki toxumunu yeyərək zəhərlənib.

Sulh.info.az bildirir ki, hadisə sentyabrın 22-si saat 19:00 radələrində Ağdaş şəhəri, M.İsayev küçəsində qeydə alınıb.

Belə ki, evdə nəzarətsiz qalan 2020-ci il təvəllüdlü C.Əhmədov bitki toxumunu yeyib.

Daha sonra körpə zəhərlənmə diaqnozu ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində araşdırma aparılır.