​Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 62-yə çatıb

​Tacikistanla sərhəddə ölən Qırğızıstan vətəndaşlarının sayı 62-yə çatıb
15:30 24.09.2022
268 Siyasət
A- A+

Tacikistanla sərhəddə son silahlı toqquşmalarda ölən Qırğızıstan vətəndaşlarının sayı 62 nəfərə çatıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl münaqişə nəticəsində 59 Qırğızıstan vətəndaşının öldüyü, 200-ə yaxın şəxsin isə yaralandığı açıqlanmışdı.

Qeyd edək ki, Tacikistan və Qırğızıstan arasında silahlı toqquşmalar sentyabrın 14-də Tacikistanın Vorux anklavının Kex bölgəsində başlayıb, ümumi sərhədin ayrı-ayrı hissələrində sentyabrın 17-dək davam edib. Tacikistan tərəfinin məlumatına görə, münaqişə zamanı 40-dan çox ölkə sakini ölüb.