​"Ukrayna ilə münasibətlərin pisləşməsinə görə təəssüflənirik" - İran XİN

​
17:45 24.09.2022
306 Siyasət
A- A+

“İran Rusiyaya pilotsuz uçuş aparatları tədarükü ilə bağlı xəbərlərə görə Ukrayna ilə münasibətlərin pisləşməsindən təəssüflənir”.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.

O, həmçinin əlavə edib ki, İran Ukrayna və Rusiya arasındakı münaqişədə neytrallığını qoruyur və mübahisələrin siyasi həllinin zəruriliyini bildirir.

N.Kənani Ukrayna hökumətinin qərarına cavab olaraq İranın atdığı müvafiq addımları diqqətə çatdırıb və hökumətə iki ölkə arasında münasibətləri pozmaq istəyən üçüncü tərəflərin hər hansı təsirindən yayınmağı tövsiyə edib.