​Lənkəranda itkin düşən 16 yaşlı qız tapılıb

​Lənkəranda itkin düşən 16 yaşlı qız
18:00 24.09.2022
692 Hadisə
A- A+

Lənkəranda itkin düşən 16 yaşlı qız tapılıb.

Bu barədə "Report"un Cənub Mərkəzinə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev deyib.

O bildirib ki, rayonun Zövlə kənd sakini, 2006-cı il təvəllüdlü Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı sentyabrın 23-ü axşam saatlarında polisə müraciət daxil olub:

"Məktəblinin tapılması istiqamətində bütün zəruri tədbirlər həyata keçirilib və bu gün günorta saatlarında o, tapılaraq ailəsinə təhvil verilib".

Qeyd edək ki, Ş.Hüseynova ötən gün oxuduğu məktəbdən çıxdıqdan sonra evə qayıtmamışdı.