​ABŞ-da 3 yaşlı uşaq anasını güllələyib

​ABŞ-da 3 yaşlı uşaq anasını güllələyib
12:15 25.09.2022
239 Dünya
A- A+

ABŞ-ın Cənubi Karolina ştatında üç yaşlı oğlan təsadüfən 33 yaşlı anasını güllələyib.

Sulh.info.az bildirir ki, hadisə nənənin gözü qarşısında baş verib.

Polis hadisə yerində 33 yaşlı yaralı qadını, onun 3 yaşlı oğlu və yaşlı anasını aşkarlayıblar. Qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Ölən qadının anası sorğu zamanı bildirib ki, uşaq evdə tapdığı tapançadan təsadüfən atəş açıb.