​“Pfizer”in rəhbəri təkrar koronavirusa yoluxub

​“Pfizer”in rəhbəri təkrar koronavirusa yoluxub
12:30 25.09.2022
A- A+

“Pfizer” əczaçılıq şirkətinin rəhbəri Albert Burla təkrar koronavirusa yoluxub.

Sulh.info.az bildirir ki, bu barədə Burla özünün Tvitter hesabında yazıb.

“Mənim Covid-19 testimin nəticəsi müsbətdir. özümü yaxşı hiss edirəm, heç bir simptom yoxdur” – deyə o, bildirib.

Burla bildirib ki, avqustda da koronavirusa yoluxub. Müəyyən zaman keçmədiyi üçün buster doza qəbul edə bilməyib.