​Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

​Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə
15:00 25.09.2022
462 İdman
A- A+

2036-cı ildə Yay Olimpiya Oyunları Misirdə keçirilə bilər.

Ölkə olimpiada üçün namizədliyini irəli sürəcək.

Misir yarışa ev sahibliyi edən ilk ərəb və ya Afrika ölkəsi ola bilər. Daha əvvəl Almaniya, Meksika, Türkiyə, Rusiya, Hindistan və Qətərin də 2036-cı ildəki Yay Olimpiya Oyunlarını keçirmək istədiyi bildirilib.

Qeyd edək ki, növbəti olimpiadalar 2024-cü ildə Fransanın paytaxtı Parisdə, 2028-ci ildə ABŞ-ın Los-Anceles şəhərində, 2032-ci ildə isə Avstraliyanın Brisben şəhərində təşkil olunacaq.

Mənbə: Report