​İspaniyanın Baş naziri koronavirusa yoluxub

​İspaniyanın Baş naziri koronavirusa
15:30 25.09.2022
407 Dünya
A- A+

İspaniyanın Baş naziri Pedro Sançes bazar günü koronavirusa yoluxduğunu açıqlayıb.

Bu barədə Sançes tviter səhifəsində yazıb.

"Bu səhər mən COVID-19 üçün müsbət (test nəticəsi) aldım", - baş nazir yazıb.

Bununla əlaqədar o, bazar gününə planlaşdırılan tədbirdə iştirakını ləğv edib.

"Mən bütün mümkün ehtiyat tədbirləri alaraq işimi davam etdirəcəm", - hökumət başçısı bildirib.