​Britaniya və Norveç səfirləri İran XİN-ə çağırılıb

​Britaniya və Norveç səfirləri İran XİN-ə
16:45 25.09.2022
398 Siyasət
A- A+

Böyük Britaniya və Norveçin Tehrandakı səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə "Mehr" və "Tasnim" agentlikləri məlumat yayıb.

Söhbət zamanı İran tərəfi diplomata onun dövlətinin fəaliyyəti ilə bağlı kəskin etirazını bildirib və Böyük Britaniyanın İrandakı mövcud vəziyyətlə bağlı mövqeyini “vəziyyətə müdaxilə” kimi qiymətləndirib. Səfir də öz növbəsində İranın diplomatik nümayəndəliyinə dərhal Londona məlumat verəcəyini bildirib.

Norveçin Tehrandakı səfirinin Nazirliyinə çağırılmasına səbəb kimi də Oslonun İranın daxili işlərinə müdaxiləsi göstərilir.