​Qusarda iki avtomobil toqquşub, bir nəfər ölüb

​Qusarda iki avtomobil toqquşub,
10:16 26.09.2022
218 Hadisə
A- A+

Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.