​Göygöldəki partlayışda yaralanan şəxsin vəziyyəti AÇIQLANDI

​Göygöldəki partlayışda yaralanan şəxsin vəziyyəti
10:52 26.09.2022
268 Hadisə
A- A+

Göygöldə evdə qaz sızması nəticəsində baş vermiş partlayışla nəticələnən yanğında yaralanan şəxsin vəziyyəti açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edilib ki, Göygöl rayonu Toğana kənd sakini, 1947-ci il təvəllüdlü vətəndaş bu gün səhər saat 04:10 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanası Təcili Tibbi Yardım şöbəsinə bədənin iki və üçüncü dərəcəli termiki yanığı diaqnozu ilə daxil olub:

“Ona ilkin zəruri tibbi yardım göstərilib və Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya köçürülüb. Vətəndaşın vəziyyəti ağır olaraq qiymətləndirilir”.