​"Ukrayna əks-hücumlara davam edəcək, əgər Putin nüvə silahı atsa..." - AÇIQLAMA

​
12:45 26.09.2022
430 Siyasət
A- A+

“Ümumiyyətlə, Rusiyanın Ukraynaya qarşı işğalı artıq uğursuzluğa düçar olub və Ukraynanın əks-hücumları fonunda Rusiya Donbas və Zaparojya uğrunda ilham referendumları keçirir. Təbii ki, bu referendumlar beynəlxalq birlik tərəfindən qəti qəbul edilməyəcək, çünki qanuna ziddir”.

Sulh.info.az xəbər verir ki, bu sözləri Ukraynanın dörd bölgəsinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan referendumla bağlı saytımıza danışan politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Məhz Rusiyanın hansı mövqe tutmasından asılı olmayaraq, Ukrayna öz ərazi bütövlüyü uğrunda mübarizənin tərkib hissəsidir. Artıq Rusiyaya müttəfiq olan ölkələr də bu referendumu tanımayacaqlarını, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə dəstək verəcəklərini bəyan ediblər. ABŞ tərəfindən nüvə silahlarının tətbiqi ilə bağlı xəbərdarlıq edilib, müəyyən addımlar atılacağı qeyd edilib. Həmçinin NATO başda olmaqla Qərb də Rusiyaya xəbərdarlıq edir”.

Politoloq hesab edir ki, Putin nüvə silahından istifadə etməklə öz hakimiyyətini də təhlükəyə atmış olacaq:

“Düşünürəm ki, Rusiya bu referendumu keçirməklə Ukrayna əks-hücumlarını bu ərazilərə qarşı salmağa çalışır. Amma Ukrayna durmayacaq, əks-hücumlar davam edəcək. Bu Rusiyanın qondarma bir siyasətidir. Hazırda belə bir vəziyyətdə Rusiyanın ultimatumu ilə Ukrayna əks hücumları dayandırarsa, bu Rusiyanın birbaşa qələbəsi olar. Ona görə də düşünürəm ki, Ukrayna əks-hücumlarını davam etdirəcək. Nüvə silahına gəldik də isə, əgər Rusiya buna əl atsa, eyni analoji halı Ukrayna da Rusiyaya qarşı tətbiq edə bilər. Bu artıq Putinin şəxsi müharibəsidir. Düşünürəm ki, nüvə silahına əl atmaq Putinin hakimiyyətini də “laxlada” bilər”.

Fidan Ali / Sulh.info.az