​Avropa Birliyi İrana çağırış etdi - "İnterneti aç"

​Avropa Birliyi İrana çağırış etdi -
12:45 26.09.2022
266 Siyasət
A- A+

Avropa Birliyi İranda baş verən aksiyalarla bağlı bu ölkəyə müraciət edib.

Sulh.info.az xəbər verir ki, təşkilat İranın aksiyaları yatırmaq üçün sərt tədbirlərini və sosial şəbəkələri ölkədə bloklamasını qəbuledilməz hesab edir:

"Biz İrandan etirazların zorakılıqla yatırılmasını təcili olaraq dayandırmasını və internetə çıxışla sərbəst məlumat axınını təmin etməsini gözləyirik. Biz həmçinin İrandan öldürülənlərin və saxlanılanların sayını açıqlamasını, zorakılıq tətbiq etməyən nümayişçiləri azad etməyi və məhbuslara lazımi rəftar göstərməsini gözləyirik".

Xatırladaq ki, İranda davam edən iğtişaşlardan vahiməyə düşən ölkə hakimiyyəti "Google", "Whatsapp", "Telegram", "Twitter" sosial şəbəkələrinə girişi məhdudlaşdırıb.

Mənbə: Euronews