​AEBA Zaporojye AES ətrafında mühafizə zonası ilə bağlı danışıqlara başlayıb

​AEBA Zaporojye AES ətrafında mühafizə zonası ilə bağlı
14:45 26.09.2022
235 Dünya
A- A+

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Rusiya və Ukrayna ilə Zaporojye AES ətrafında mühafizə zonasının yaradılması ilə bağlı danışıqlara başlayıb.

Bu barədə təşkilatın direktoru Rafael Qrossi AEBA-ya üzv ölkələrinin iclasında deyib.

“Bunu reallaşdırmaqla bağlı plan masadadır. Ötən həftə mənim Ukrayna və Rusiya ilə müzakirələrə başlamaq imkanım oldu. Bu müzakirələri bu həftə də hər iki ölkə ilə keçirməyə hazıram”, - Qrossi qeyd edib.