Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb.
Bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Ölənlərdən 7-sının məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.
Faciə ilə bağlı Udmurtiyada sentybarın 29-a qədər matəm elan olunub.
***
Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 9-a çatıb.
APA-nın Rusiya bürosunun Rusiya İstintaq Komitəsində istinadən verdiyi məlumata görə, silahlı atışma nəticəsində 5-i uşaq olmaqla 9 nəfər həlak olub.
“İlkin məlumatlara görə, cinayətin qurbanı olan 9 nəfər arasında təhsil müəssisəsinin 2 mühafizəçisi və 2 müəllim, həmçinin 5 azyaşlı var. Yaralılar da var”, - Rusiya İstintaq Komitəsinin məlumatında qeyd olunub.
***
Rusiyanın İjevsk şəhərində orta məktəbdə silahlı şəxs 6 nəfəri öldürüb, daha sonra intihar edib.
APA-nın Rusiya bürosunun yerli mediaya istinadən verdiyi məlumata görə, ölənlərin dördü böyük, üçü isə uşaqdır.
20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov məktəblilərin təxliyəsinin başa çatdığını qeyd edib.