Dünən İtaliyada keçirilən seçkilərdə qalib gələrək baş nazir olan Corciya Meloninin "Tvitter" hesabındakı ərəb hərfi müzakirə olunub.
Belə ki, onun adının qarşısındakı "nun" hərfi İŞİD hakimiyyətində olan ərazilərdə xristianların yaşadığı evlərin üzərinə çəkilir. Meloninin bu addımı Orta Şərqdəki xristianlara dəstək, həmçinin müsəlmanlara qarşı bir addım olaraq dəyərləndirilib.
Qeyd edək ki, Meloni daha əvvəlki fəaliyyətində də, islama və müsəlmanlara qarşı nitqləri ilə yadda qalıb.