​İraq parlamentinin sədri istefa verib

​İraq parlamentinin
19:30 26.09.2022
232 Dünya
A- A+

Məhəmməd əl-Halbusi İraq Nümayəndələr Şurasının (parlament) sədri vəzifəsini tərk etdiyini açıqlayıb.

Report xəbər verir ki, bu barədə İraqın “Shafaq News” informasiya portalı məlumat yayıb.

“Nümayəndələr Şurası sentyabrın 28-də dördüncü iclasını keçirəcək. İclasın gündəliyinə əl-Halbusinin vəzifəsindən istefa verməsi və parlament sədrinin birinci müavininin seçilməsi ilə bağlı səsvermə daxildir”, - spikerin bəyanatında deyilir.