“Azad olunmuş ərazilərdə quruculuq işləri aparılır, o cümlədən də təhsil sahəsində”.
Bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib. Onun sözlərinə görə, Zəngilanda yeni tədris ili başlayanda Ağalı kənd məktəbi fəaliyyətə başlayıb:
“Qarabağın digər rayonlarında, Şuşada, Ağdamda, Cəbrayılda yeni məktəblər tikilir. Bunu bizə bəxş edən şəhidlərimizdir”.