​Gürcüstan DİN: Rusiya ilə sərhədin bağlanması üçün heç bir səbəb yoxdur

​Gürcüstan DİN:
13:24 27.09.2022
230 Dünya
A- A+

Gürcüstanın Rusiya ilə sərhədi bağlaması üçün heç bir səbəb yoxdur.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri jurnalistlərə açıqlamasında deyib.Bununla belə, o sərhəd-keçid məntəqəsində nəzarət tədbirlərinin gücləndirildiyini qeyd edib.

Nazir müxalifətin 200 mindən çox rusiyalının Gürcüstana daxil olması ilə bağlı məlumatlarının doğru olmadığını vurğulayıb.

 

Onun sözlərinə görə, son günlərdə Rusiya-Gürcüstan sərhədini gündəlik 10 min nəfər keçir və bu sentyabrın 21-dən öncəki göstərici ilə müqayisədə 40-45% çoxdur.

Qomelauri Gürcüstana gələn rusiyalıların təxminən 60%-nin artıq ölkəni tərk etdiyini deyib.

Qeyd edək ki, Gürcüstanın müxalif “Aqmaşenebeli Strategiyası” partiyası müharibə başladıqdan sonra təxminən 200 min rusiyalının Gürcüstana gəldiyini və artıq ölkə əhalisinin 10%-ni təşkil etdiyini açıqlayıb. Partiya ölkə rəhbərliyinə Rusiya vətəndaşlarına viza rejiminin tətbiq edilməsinə çağırış edib.