​Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini azad edib

​Ukrayna hərbçiləri daha bir yaşayış məntəqəsini
13:31 27.09.2022
228 Dünya
A- A+

Ukraynanın Xarkov vilayətinin Kupyansk-Uzlovoy qəsəbəsi Rusiya hərbçilərindən azad edilib.

Bunu Xarkov vilayəti Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov təsdiqləyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu əməliyyat nəticəsində Kupyansk-Uzlovoy tamamilə və faktiki olaraq onun nəzarəti altındadır.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-də başlayıb.