İranın nüfuzlu din xadimi Emami Kaşaninin qız nəvələrinin açıq-saçıq və lüks həyatı yaşamaları ilə bağlı məlumatlar yayılıb.
Sulh.info.az xəbər verir ki, bu barədə iranlı jurnalist Purya Zeraəti "Twitter" hesabında yazıb.
Jurnalist "Hicabın hamının xeyrinə olduğunu deyən din xadimi ailəsinin bu fotolarından xəbərsizdir" deyə qeyd edib.
“Tehranın cümə imamı və Ekspertlər Şurasının üzvü Emami Kaşaninin qız nəvələri Vüsal və Vina Emami bu günlərdə Tehranın göbəyində əyləncəli həyat keçirməklə məşğuldurlar. Onların babası isə cümə namazlarında sadə və abırlı yaşamaqla bağlı xalqa davamlı tövsiyələr edir: Övladlarınıza deyin ki, ləzzətlərdən imtina etsinlər. İffət və hicab hamının xeyrinədir" - deyə o qeyd edib.
Xatırladaq ki, iranda 22 yaşlı Məhsa Əmini hucabı düzgün taxmadığına görə öldürüldükdən sonra ölkədə ciddi şəkildə etiraz aksiyaları başlayıb. İran mətbuatı yazır ki, hakimiyyət rəqəmləri açıqlamasa da etirazlarda 77 nəfər öldürülüb.