​Dünya daha bir epidemiya ilə üz-üzə: Yoluxma sayı getdikcə artır

​Dünya daha bir epidemiya ilə üz-üzə:
15:44 27.09.2022
A- A+
Suriyada yeni epidemiya yayılmaqda davam edir.
 
Səlahiyyətlər getdikcə vəba epidemiyasından ölənlərin sayının artdığını, yoluxma hallarının ən çox Türkiyə ilə sərhəddə olduğunu qeyd ediblər.
 
Birləşmiş Millətlər Təşkilatı məsələni "ölkə tarixindəki ən pis epidemiya" kimi qiymətləndirib. Rəsmi məlumatlara görə, bir ayda 338 vəba yoluxması aşkar edilib. 
 
Xüsusilə Hələbyoluxmaların sürətlə artdığı bildirilib. Hələb və ətrafında 230 nəfərdə vəba aşkarlandığı açıqlanıb. Həmçinin burada 25 nəfərin vəba xəstəliyindən öldüyü bildirilib.