​Rusiya MN: Vətəndaşların məcburi qaytarılması ilə bağlı digər ölkələrə müraciət göndərilməyib

​Rusiya MN:
15:57 27.09.2022
217 Dünya
A- A+

Rusiya Federasiyasının Müdafiə Nazirliyi Rusiya vətəndaşlarının məcburi qaytarılması ilə bağlı Qazaxıstan, Gürcüstan və digər ölkələrin dövlət orqanlarına müraciət etməyib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya MN-dən verilən açıqlamada bildirilib.

"Rusiya Müdafiə Nazirliyi qismən səfərbərlik çərçivəsində Qazaxıstan Respublikasının, Gürcüstanın və digər ölkələrin dövlət orqanlarına orada olan Rusiya vətəndaşlarının Rusiyaya məcburi qaytarılması ilə bağlı heç bir müraciət göndərməyib və göndərməyi planlaşdırmır”, - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.