​İsrailin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı paylaşım edib - VİDEO

​İsrailin Azərbaycandakı səfiri Anım Günü ilə bağlı
16:53 27.09.2022
264 Ölkə
A- A+

İsrailin Azərbaycandakı səfiri Corc Dik 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib.

İsrailin Azərbaycandakı səfiri paylaşımı öz “Twitter” səhifəsində dərc edib.

“Bu gün 27 sentyabr - Vətən müharibəsinin Anım Günündə biz Azərbaycandakı və regiondakı dostlarımızla birlikdə münaqişə qurbanlarını yad edirik. Biz Cənubi Qafqazda sülhün bərqərar olması üçün dua edirik ki, bu da hər kəsin şərəfli gələcəyini təmin edəcək”.