​Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə başlayıb

​Rusiya-Gürcüstan sərhədində səfərbərlik məntəqəsi fəaliyyətə
17:00 27.09.2022
233 Dünya
A- A+

Rusiya Gürcüstan sərhədində hərbi çağırış üzrə operativ qrup işləyir.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Şimali Osetiya Respublikası başçısının və hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstanla sərhəddə hərbi komissarlıq və icra hakimiyyəti orqanlarının nümayəndələri də daxil olmaqla, çağırış üzrə operativ qrup işləyir. Onlar sərhəddən çıxışda şəxsin hərbi xidmətə cəlb edilib-edilmədiyini, çağırışa cəlb olunub-olunmadığını yoxlayırlar. Məlumat öz təsdiqini tapdığı təqdirdə, həmin adama çağırış vərəqəsi təqdim olunur.