​Bakının mərkəzindəki məşhur restoranda ölüm

​Bakının mərkəzindəki məşhur restoranda
17:10 27.09.2022
237 Hadisə
A- A+

Bakının mərkəzində yerləşən “Dolma” restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib.

Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.