​Goranboyda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

​Goranboyda avtomobil ağaca çırpılıb,
21:00 27.09.2022
287 Hadisə
A- A+

Goranboyun Veyisli kəndində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

SÜLH.İNFO.az-ın Qərb bürosunun məlumatına görə, idarəetmədən çıxan avtomobilin ağaca çırpılması nəticəsində, 1991-ci il təvəllüdlü N.İsgəndərov və 2004-cü il təvəllüdlü K.Qarayeva xəsarət alıb.

Hər ikisi xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.