​“İran 44 günlük müharibə zamanı Ermənistana yardım təklif edib” - Erməni politoloq

​“İran 44 günlük müharibə zamanı Ermənistana yardım təklif edib” -
10:11 28.09.2022
324 Siyasət
A- A+

“Ermənistan ictimaiyyəti 44 günlük müharibə dövründə İranın hansı təkliflər etdiyini və Paşinyanın hansıları nəzərə almadığını bilsə, şoka düşəcək”.

Sulh.info.az  xəbər verir ki, bu sözləri erməni politoloq Stepan Danielyan qeyd edib.

Onun sözlərinə görə, bu təkliflərin qəbulu müharibənin mahiyyəti və nəticəsini dəyişə bilərdi.

“Paşinyan niyə təkliflərdən imtina etdi?”, - S.Danielyan öz-özünə sual verib və mümkün səbəb kimi ABŞ-ın mövqeyini irəli sürüb.

“Con Bolton (ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik müşaviri - red.) 2018-ci ildə Ermənistana səfəri zamanı İran sərhədinin bağlanmasını qarşısına vəzifə kimi qoyub. O, erməniləri stereotiplərdən əl çəkməyə çağırıb və bildirib ki, ABŞ Ermənistanın və ermənilərin Türkiyəyə münasibəti ilə maraqlanır. Yəni, bu, onlar üçün vacibdir. Bolton Ermənistanda hakimiyyətə gəlişini dəstəkləmək üçün indiki hakim rejimin ödəməli olduğu nəticəni göstərib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi zamanı olan şərt idi”, - S.Danielyan əlavə edib.

Mənbə: News.am