​Salyanda 16 yaşlı gənc özündən üç dəfə böyük adamı bıçaqladı

​Salyanda 16 yaşlı gənc özündən üç dəfə böyük adamı
10:26 28.09.2022
244 Hadisə
A- A+

Salyanda küçədə 16 yaşlı gənc 49 yaşlı kişini bıçaqlayıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 26-sı saat 21 radələrində Salyan şəhərinin Nazim Babayev küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Babayev Oktay Taleh oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1973-cü il təvəllüdlü Kərimov Məxsud Adil oğluna yaşadığı küçədə bıçaqla iki dəfə vuraraq ona bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.