​“Koroğlu”da polis vətəndaşları niyə yoxlayıb?

​“Koroğlu”da polis vətəndaşları
11:00 28.09.2022
227 Sosial
A- A+

Bu gün səhər saatlarında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindəki avtobus dayanacaqlarında kişilərin kütləvi şəkildə polis tərəfindən yoxlanılması baş verib.

Xeyli sayda polis əməkdaşı ərazidəki kişilərdən şəxsiyyət vəsiqələrini tələb edərək, bort-komputer vasitəsilə yoxlayıb.

Yoxlamanın hansı məqsədlə aparılması üçün Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətindən bildirildi ki, həmin ərazidə aktiv koronavirus xəstəsinin olduğuna dair şübhələr yarandığı üçün polis əməkdaşları tərəfindən müvafiq yoxlama aparılıb.