​Fransa Ermənistan-Azərbaycan sərhədinə nümayəndə heyəti göndərəcək - FOTO

​Fransa Ermənistan-Azərbaycan sərhədinə nümayəndə heyəti
11:10 28.09.2022
240 Siyasət
A- A+

Fransa Ermənistan və Azərbaycanın sərhədindəki vəziyyəti qiymətləndirmək üçün bölgəyə nümayəndə heyəti göndərəcək.

Bu barədə özünün “Twitter”ində Fransanın müdafiə naziri Sebastyan Lekornyu yazıb.

O əlavə edib ki, ötən gün Ermənistanın müdafiə naziri Suren Papikyanla aralarında baş tutmuş görüş zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər müzakirə edilib.

S.Lekornyu mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyətinin göndəriləcəyini vurğulayıb.