​Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Gürcüstana səfəri başlayıb

​Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Gürcüstana
11:19 28.09.2022
238 Ölkə
A- A+

Sentyabrın 28-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Gürcüstana rəsmi səfəri başlayıb. 

MN-dən verilən məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələlərinin müzakirə olunması planlaşdırılır.