​Qərb Rusiyanı belə vuracaq - Rusiyanın "zəif nöqtə"si bəlli oldu

​Qərb Rusiyanı belə vuracaq -
11:24 28.09.2022
458 Siyasət
A- A+

ABŞ Rusiyaya "nüvə hücumun fəlakətli nəticələr verəcəyi" barədə xüsusi xəbərdarlıq edib. 

Sulh.info.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb. Qeyd edilib ki, Rusiya nüvə silahından istifadə edərsə, Qərbin reaksiyası nüvə hücumundan tutmuş Rusiya iqtisadiyyatına qədər dəyişə bilər.

Rusiya prezidenti Vladimir Putinin ölkəsində qismən səfərbərlik elan edərkən üstüörtülü şəkildə nüvə təhlükəsinə də işarə etməsi Rusiya ilə Qərb arasında gərginliyi artırıb. Avropa Birliyi, NATO və bir çox Avropa ölkələri Putinin təhdidini ciddi qəbul etdiklərini bildirsə də, ABŞ prezidenti Cozef Bayden BMT tribunasından Rusiya liderinə cavab verib.

Baydenin bəyanatı ilə kifayətlənməyən Ağ Ev Rusiyaya xüsusi xəbərdarlıq edərək, nüvə silahından istifadənin "fəlakətli nəticələrə" səbəb olacağıni bildirib.

ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivan canlı yayımda söyləyib: "Sərhədi aşsalar, bunun Rusiya üçün fəlakətli nəticələri olacaq. ABŞ bunun tam olaraq nə demək olduğunu Moskvaya özəl olaraq çatdırıb".

Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Strategiya, Texnologiya və Silahlara Nəzarət Departamentinin direktoru Uilyam Alberkenin sözlərinə görə, Rusiyanın nüvə silahından istifadəsinə mütənasib cavab Krımda aviabaza və ya kəşfiyyat mərkəzini hədəfə almaqdır.

Alberkenin bildirib ki, Qərbin Rusiyaya cavab olaraq müəyyən edəcəyi hədəfin nüvə hücumu ilə əlaqəli radarlar, həmçinin kəşfiyyat və müşahidə sistemləri olacağı gözlənir. Bu hədəflər, çox güman ki, Belarusda və ya Ukraynanın Rusiyanın nəzarətində olan hissələrində deyil, Rusiyanın özündə olacaq.

ABŞ-ın belə bir vəziyyətdə təkbaşına hərəkət etmək istəməyəcəyini irəli sürən Alberke Vaşinqtonun 2011-ci ildə Liviyaya edilən hücumlarda olduğu kimi, İngiltərə və Fransadan hərbi dəstək istəyəcəyini iddia edib.

Ehtiyatda olan general-mayor Rupert Cons "The Telegraph"a deyib ki, Putin Ukraynada nüvə silahından istifadəyə göstəriş verərsə, Qərbin müxtəlif cavabları ola bilər. Məsələn, Rusiya donanmasına hücum və ya Hərbi Hava Qüvvələrinə qarşı məqsədyönlü əməliyyat ənənəvi cavablar sırasındadır.

Rupert Cons Rusiyanın zəif nöqtəsini də açıqlayıb. "Əgər Qərbi Qrenlandiya-İslandiya-Birləşmiş Krallıq ərazisini Rusiya donanması üçün bağlasalar, problem yaşayacaqlar", - o bildirib.