​Ata və ananın “kislota”lı əski ilə yandırdıqları qadının vəziyyəti AÇIQLANDI

​Ata və ananın “kislota”lı əski ilə yandırdıqları qadının vəziyyəti
12:57 28.09.2022
324 Hadisə
A- A+

Bakı şəhərində ata və ananın “kislota”lı əski ilə yandırdıqları qızlarının vəziyyəti açıqlanıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 1976-cı il təvəllüdlü şəxs sentyabrın 26-sı, saat 10:20-də Kliniki Tibbi Mərkəzin Toksikologiya Şöbəsinə daxil olub:

“Kəskin, qeyri-üzvi turşu ilə zəhərlənmə, ağız boşluğunun yanığı, qida borusunun yanığı diaqnozu qoyulub. Hal-hazırda xəstənin vəziyyəti ağır olaraq qalır”.

Qeyd edək ki, Bakıda ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırıblar. Buna  səbəb kimi xanımın valideynləri ilə arasında mülk davasının olduğu göstərilir.