​Çində restoranda yanğın olub, 17 nəfər ölüb

​Çində restoranda yanğın olub,
14:10 28.09.2022
225 Dünya
A- A+

Çinin şimal-şərq hissəsində yerləşən Tsizilin əyalətinin Çançun şəhərindəki yeməkxanada baş verən yanğında 17 nəfər ölüb, 3 nəfər yaralanıb.

Bu haqda yerli hakimiyyət orqanları tərəfindən məlumat verilib.

Yerli hökumətin yaydığı bəyanatda bildirilir ki, Çançun şəhərindəki yeməkxanada yanğın baş verib.

Yanğın zamanı xəsarət alanlar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Aidiyyəti qurumlar hadisənin baş vermə səbəbinin araşdırıldığını bildiriblər.